RU

Geoloqların içində olduğu batmış nəqliyyat vasitəsinin gölün dibindən görüntüləri yayıldı FOTO VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Rusiyanın Zabaykalye diyarında içərisində doqquz geoloqun olduğu xüsusi təyinatlı çoxfunksiyalı nəqliyyat vasitəsinin ("vezdexod") batdığı göldən yeni görüntülər yayılıb.

Avtosfer.az bu barədə REN TV-yə istinadla xəbər verir.

Bildirilir ki, hazırda xilasedicilər ağır texnikanın köməyi ilə batmış "vezdexod"u göldən çıxarmağa çalışırlar.

Artıq hadisə zamanı həlak olanların hamısının cəsədi tapılaraq sudan çıxarılıb. Onlardan üçü sentyabrın 17-də, digər ikisi isə 18-də sahilə gətirilib. Meyitlər tanınma üçün mərkəzi rayon xəstəxanasına göndərilib.

Xatırladaq ki, sentyabrın 15-də Kalar rayonunun Amudisa gölündə baş verən qəza nəticəsində doqquz geoloqdan yalnız dördü sağ qurtula bilmişdi. Prokurorluq hadisədən sonra işçi təhlükəsizliyi və yol hərəkəti qaydalarına riayət edilib-edilməməsini araşdırmaq üçün yoxlama başladıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
avtosfer.az

1Источники