RU

Qadın paltarı geyinən ata və oğuldan ŞOK HƏRƏKƏT

Samsunda fındıq bağında çətənə əkməkdə ittiham olunan ata və oğul qadın paltarı geyinərkən yaxalanıb. Jandarma əməkdaşlarını da təəccübləndirən an kameralara tuş gəlib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Samsun Jandarma Komandanlığı, Salıpazarı Jandarma Cinayət Axtarış Qrupu və Kavak İlçe Jandarma Komandirliyinə bağlı qruplar narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində iş aparıb.

Hadisə yerinə gələn İ.S. və onun oğlu D.S. qanunsuz çətənə becərərək narkotik vasitə saxlayıblar.

Şübhəlilərin evlərindən 57 kilo 955 qram sirr otu, 1 ədəd sənədsiz ov tüfəngi, 1 ədəd sənədsiz boş tapança, 28 ədəd ov tüfəngi patronu, 1 ədəd dəqiq tərəzi və 1 ədəd əl tərəzisi ələ keçirilib, onlardan 495 ədəd fındıq kökü əkdiyi müəyyən edilib.

Şübhəlilər nəzarətə götürülüb. Jandarmada aparılan prosesdən sonra onlar ədliyyəyə sövq edilib və gətirildikləri hakim tərəfindən həbs ediliblər.

Digər tərəfdən, şübhəlilərin fındıq bağçasında qadın geyimində tutulduğu anlar jandarma kamerası tərəfindən lentə alınıb.

Избранный
8
manset.az

1Источники