RU

Milli Məclisin sədri AİPA-nın 46-cı Baş Assambleyasında çıxış edib

Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib.

Bu barədə Herbiand.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sahibə Qafarova Baş Assambleyanın plenar iclasında çıxışında deyib ki, parlament diplomatiyasının əhəmiyyətinin artması ilə AİPA artıq parlamentləri bir araya gətirən, daha sıx əməkdaşlıq üçün yeni ideyalar və imkanlar yaradan əhəmiyyətli və uğurlu platformaya çevrilib. 2022-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin AİPA-nın işində müşahidəçi statusunda iştirak etdiyini xatırladan spiker bunun Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə çoxşaxəli əlaqələrini daha da inkişaf etdirmək niyyətini əks etdirdiyini, parlamentlərarası əməkdaşlığın isə bu əlaqələrin mühüm istiqaməti kimi qiymətləndirildiyini söyləyib. Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2023-cü ilin mart ayında AİPA ilə Əməkdaşlıq Memorandumu imzalayıb

Çıxışında Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi nəhəng quruculuq və yenidənqurma işləri haqqında da danışan Milli Məclisin sədri deyib ki, bu ərazilərin dirçəldilməsi Azərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığa yanaşmasının mühüm tərkib hissəsini təşkil edir.

Избранный
24
15
herbiand.az

10Источники