RU

Səhər yeməyini gec edənlərin erkən ölüm riski ARTIR

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İnsanların yaşlandıqca yemək vaxtlarını günün daha gec saatlarına keçirməyə meylli olduqlarını ortaya qoyub. Xüsusilə səhər yeməyini gecikdirən şəxslərdə ölüm riskinin daha yüksək olduğu müəyyən edilib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Tədqiqat çərçivəsində 42–94 yaş aralığında 2 min 945 nəfər 20 il ərzində izlənilib. Onların yemək saatları, həyat tərzləri, qan analizləri və ümumi sağlamlıq vəziyyətləri qiymətləndirilib.

Araşdırmanı aparan alim və dietoloq Həsən Daşti Newsweek nəşrinə açıqlamasında deyib: "Bu nəticələr xüsusilə yaşlı insanlar üçün ‘səhər yeməyi günün ən vacib qidasıdır’ ifadəsini yeni bir məna ilə təsdiqləyir. Sabit və müntəzəm yemək saatlarının qorunması sağlam qocalmaya töhfə verə bilər, amma bu hipotezi dəstəkləmək üçün əlavə araşdırmalara ehtiyac var".

Ekspert əlavə edib ki, səhər yeməyinin gecikdirilməsi sağlamlıq problemləri və böyüklərdə daha yüksək ölüm riski ilə əlaqəlidir.

Araşdırmada həmçinin genetikanın və həyat tərzinin də mühüm rol oynadığı vurğulanıb. Gecə həyat tərzi sürənlər, yuxusuzluq problemi yaşayanlar və yemək hazırlamaqda çətinlik çəkənlər daha çox gec yeməyə meylli olurlar. Alimlər bildiriblər ki, yemək saatlarındakı dəyişikliklər fiziki və psixoloji sağlamlıq problemlərinin mümkün xəbərçisi ola bilər.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
redaktor.az

2Источники