RU

"Ləzzət Group" Dubayda növbəti nüfuzlu sərgidə

Sentyabrın 15–17-də "Ləzzət Group" dünyanın ən nüfuzlu qida sərgilərindən biri olan "ISM Middle East 2025" sərgisində iştirak edib. Tədbir "Dubai World Trade Centre"-də keçirildi və şirkət məhsullarını beynəlxalq aləmdə təqdim edərək Azərbaycan qida sənayesinin potensialını nümayiş etdirməklə ölkəmizin qida sektorunda nüfuzlu yerə sahibi olduğunu göstərib.

XQ xəbər verir ki, "Ləzzət Group" sərgidə müxtəlif istehsal sahələrindən olan ixrac və ixrac potensiallı məhsulları ilə çıxış edib. Qida sahəsində şirkət:

 • Tammy və Juiz meyvə şirələri;

 • Şirniyyat qrupunda Lay Lay, Valls, Çayka, Amasi, Olley, Share, Zarya markaları, Ləzzət lokumları ilə təmsil olunub.

 • Qəlyanaltı seqmentində isə Nati balıq krekerləri və Limo qarğıdalı çubuqları ilə məhsullarını sərgi iştirakçılarına nümayiş etdirib.

Bu tədbirin Azərbaycan məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini qlobal miqyasda nümayiş etdirmək üçün mühüm platforma olması isə danılmazdır. ISM Middle East beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurmaq və ixrac potensialını daha da artırmaq üçün əvəzsiz imkan yaradır.

Избранный
14
2
xalqqazeti.az

3Источники