RU

Laym xəstəliyi ilə mübarizə aparan Bella Hadid izləyicilərindən ÜZR istədi

Uzun müddətdir Laym xəstəliyi ilə mübarizə aparan məşhur model Bella Hadid sosial media hesabında müalicə prosesini və qarşılaşdığı çətinlikləri paylaşıb.

Bizim.Media xəbər verir ki, dünyaca məşhur model Bella Hadid podyumların parlaq ulduzu olsa da, səhnə arxasında illərdir Laym xəstəliyi ilə mübarizə aparır. Onun bu yaxınlarda İnstaqramda paylaşdığı gözyaşardıcı fotoları həm pərəstişkarlarını narahat etdi, həm də “gözəlliyin arxasındakı görünməz ağrı”nın reallığını bir daha göstərdi. Fələstin əsilli məşhur model xəstəliyi ilə bağlı müalicəsinin davam etdiyini və bu prosesin bəzən onu gözlərdən uzaqlaşdırdığını qeyd edib.

Üzləşdiyi çətinliklərə toxunan model İnstaqram səhifəsində “Üzr istəyirəm, həmişə ortadan itirəm. Sizi sevirəm” ifadələrini istifadə edib.

Qeyd edək ki, laym xəstəliyi qara ayaqlı gənələrin dişləməsi ilə yayılan zoonotik bir infeksiya olaraq bilinir. Daha az rast gəlinsə də, ağcaqanadlar, bitlər və at milçəkləri kimi həşəratların vasitəsilə ötürülür.




Elcan Bəşirli, Bizim.Media

Избранный
16
1
bizim.media

2Источники