RU

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mayssoun Zein Al Dinlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya Beynəlxalq Siyasət Akademiyasının icraçı direktoru Mayssoun Zein Al Dinlə görüşüb.

Veteninfo.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Görüşdə dini təhsil sahəsində əməkdaşlıq imkanları, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi məsələləri müzakirə olunub.

Komitə sədri Ramin Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin edilməsi və multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycanda 2000-dən çox məscid, 16 kilsə və 7 sinaqoq var.

Həmçinib bildirilib ki, Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ocaqların və maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. R.Məmmədov Azərbaycanın beynəlxalq platformalarda dinlərarası dialoq və əməkdaşlığın inkişafı ilə bağlı təşəbbüsləri haqqında faktları diqqətə çatdırıb.

Mayssoun Zein Al Din Azərbaycanda mövcud dini-mənəvi mühit və dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini bildirib. Dövlət tərəfindən mütəmadi olaraq dini qurumlara maliyyə yardımı göstərilməsini müsbət ənənə kimi dəyərləndirən qonaq Azərbaycanın multikulturalizm modelinin təşviqinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Избранный
6
3
veteninfo.az

5Источники