Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Estoniya hökuməti 2026-cı il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına və idxalına qadağa qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baltikyanı respublikanın xarici işlər naziri Marqus Çaxna TASS agentliyinə bildirib.
“Hazırda LNG-nin paylayıcı şəbəkədə istifadə edilməməsi şərti ilə Rusiyadan alınması və idxalına icazə verilir. Dəyişiklik qüvvəyə mindikdən sonra idxal qadağası paylayıcı şəbəkədən kənardan idxal olunan LNG-yə də şamil olunacaq”, - nazir bildirib.
O qeyd edib ki, hökumət bu dəyişikliyi təsdiqləyib. Çaxnanın sözlərinə görə, iştirakçıların dəyişikliklərlə tanış olmaq və fəaliyyətlərini yenidən təşkil etmək üçün kifayət qədər vaxtı var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.