RU

"Oleq Bakinski" ilə bağlı şikayət təmin edilmədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xuliqanlıqda ittiham olunaraq həbs edilən "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti, iş üzrə zərərçəkən şəxs qismində tanınan "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeri Nikolayeviçin hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə yekun məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Samir İsayev Konstantin Kuçerə verilmiş cəzanın ağırlaşdırılmasını və zərərçəkənə dəymiş mənəvi ziyanın ödənilməsini istəyib.
Daha sonra prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin Konstantin Kuçerə qarşı irəli sürülmüş 178.4-cü maddəsi üzrə bəraət verdiyi qərarın ləğv edilməsini məhkəməyə təklif edib.
Məhkəmə müşavirədən sonra qərar qəbul edərək təqsirləndirilənlər və müdafiəçilərinin apellyasiya şikayəti və dövlət ittihamçısının protestini təmin etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, altı ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-11-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeri Nikolayeviç tanınıb.
Elgün Həsənli
Избранный
13
oxu.az

1Источники