RU

Putin miqrantlar üçün patent sisteminin ləğvini mümkün hesab edir

BAKI, 19 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün tətbiq olunan patent sisteminin ləğvi məsələsinin müzakirə oluna biləcəyini vurğulayıb.

Teleqraf xəbər verir ki, o, bunu parlament fraksiyalarının rəhbərləri ilə görüşündə deyib.

“Patent sisteminin ləğvi barədə düşünmək olar. Bu sistem geniş tətbiq olunur. Mən heç nəyi istisna etmirəm. Sizdən xahiş edirəm ki, bu məsələ üzərində həmkarlarınızla birlikdə işləyəsiniz”- o qeyd edib .

Vladimir Putin vurğulayıb ki, Rusiya hakimiyyəti bütün vətəndaşlar üçün bərabər imkanlar yaratmağa çalışmalıdır:

"Yaşayış yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması hamımızın çalışmalı olduğumuz məqsəddir".

Putin bildirib ki, miqrasiya Rusiya vətəndaşları üçün çox həssas məsələdir.

"Bu, vətəndaşlar üçün çox həssas sahədir və istər federal, istərsə də yerli səviyyədə səlahiyyətli orqanlar problemin olmadığını iddia etməməlidirlər. Bu problemlər mövcuddur və həll edilməlidir", - dövlət başçısı bildirib.

Избранный
61
teleqraf.com

1Источники