RU

Komandası 0:4 hesabı ilə uduzan baş məşqçi “çox məyus olmağa dəyməz” dedi

“Atalanta”nın baş məşqçisi İvan Yuriç UEFA Çempionlar Liqasının ilk turunda PSJ-yə qarşı keçirilən oyunu dəyərləndirib.

Paris komandası hər hissədə iki qol vuraraq 4:0 hesablı qələbə qazanıb.

Sportinfo.az UEFA-ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis PSJ-nin həqiqətən də möhtəşəm komanda olduğunu bildirib:

“PSJ həqiqətən də möhtəşəm komandadır, sadəcə inanılmazdır. İlk on dəqiqədə yaxşı təsir bağışladıq, amma ikinci qolu buraxdıqdan sonra vəziyyət çətinləşdi.

Çox məyus olmağa dəyməz, çünki qarşımızda fövqəladə rəqib var idi. Mən gördüm ki, oyunçularım PSJ-yə qarşı da meydanda özlərini göstərə bilirlər.

Bəli, asan olmadı, amma bu səviyyədə mübarizə apara bildik”.

“Atalanta”nın Çempionlar Liqasındakı növbəti rəqibi Belçika təmsilçisi “Brügge” olacaq.

Избранный
27
sportinfo.az

1Источники