RU

"İsrail-Suriya görüşünün ABŞ rəhbərliyi altında keçirilməsi, onun uğurla nəticələnəcəyinə inamı artırır"

Sentyabrın 17-də Suriya xarici işlər və mühacirlər üzrə naziri Əsəd Həsən Əl-Şeybani və İsrailin strateji planlaşdırma naziri Harun Dermer görüş keçirib. Görüşə ABŞ rəhbərlik edib və təhlükəsizlik məsələləri müzakirə olunub.

Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, görüşdə İsrailin hakimiyyət dəyişikliyindən sonra Hermon dağındakı iki mövqedən başqa ərazilərdən geri çəkiləcəyini bildirib.

"Tərəflər Colan təpələri ilə bağlı məsələləri müzakirə etməyiblər. İsrail Suriya torpaqlarına hər hansı müdaxilə etməyəcəyinə dair öhdəlik götürür. Buna qarşılıq olaraq, Suriya hökuməti İrana bağlı qruplarla mübarizə aparacağına söz verir. Başqa sözlə, tərəflər arasında ilkin mərhələdə əldə edilmiş razılaşma təhlükəsizlik və müəyyən mənada atəşkəs məsələlərini əhatə edir. Suriyanın Prezidenti Əhməd əş-Şara bildirib ki, yaxın günlərdə təhlükəsizlik məsələlərinə dair konkret sənəd imzalanması mümkündür. Əhməd əş-Şara vurğulayıb ki, İsraillə əldə olunacaq təhlükəsizlik anlaşması Suriyanın ərazi bütövlüyü və hava sahəsinə hörmət çərçivəsində həyata keçiriləcək. Görüşün ABŞ-nin rəhbərliyi ilə keçirilməsi, onun uğurla nəticələnəcəyinə etimadı artırır, çünki oxşar proses 1979-cu ildə Misirlə Suriya arasında da ABŞ vasitəçiliyi ilə uğurla həyata keçirilib", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

 

Избранный
24
1
redaktor.az

2Источники