RU

Venesuela Silahlı Qüvvələri Karib dənizində təlimlərə başlayıb

Venesuela silahlı qüvvələri Venesuelanın ərazi sularında yerləşən La Orçila adası yaxınlığında "Suveren Karib 200" hərbi manevrinə başlayıb.

Redaktor.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə ölkənin  müdafiə naziri Vladimir Padrino Lopez açıqlama verib.

Nazirin sözlərinə görə, üç gün davam edəcək təlimlərə Venesuela silahlı qüvvələrinin bütün növləri daxildir:

"Təlimə aerokosmik, xüsusi, kəşfiyyat, elektron döyüş, dəniz, hava-desant, quru və aerokosmik müdafiə qüvvələri cəlb olunacaq. Təlim Venesuelanın ABŞ-nin son 100 ildə gördüyü ən böyük təcavüz təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ABŞ dəniz qüvvələrinin Karib hövzəsində yerləşdirilməsi fonunda keçirilir".

Избранный
6
2
redaktor.az

3Источники