RU

Kiberpolisdən növbəti əməliyyat: onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olundu

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla MübarizəBaş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edəndaha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusiəməliyyat keçirib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, eyni anda paytaxt ərazisində fəaliyyət göstərəngizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü NihatVəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən,“Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”,“Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlaronlayn qumar oyunlarına cəlb ediliblər. N.Vəliyev və A.Əsgərliməsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkilizamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digərşəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlarnəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkəhüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimiqeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşacinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkəquraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyətitəşkil ediblər. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bankkartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilindəalınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimiistifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli vəxarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlaraşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddətərzində dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu müəyyənedilib.

Qeyd edək ki, N.Vəliyev və A.Əsgərli qanunsuz qumar oyunlarındanəldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pultransferləri də həyata keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələriilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin dəsaxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davametdirilir.

Избранный
29
49
az.trend.az

10Источники