RU

Tramp nefti ucuzlaşdırmaq istəyir

Neftin ucuzlaşması Rusiya-Ukrayna müharibəsinin sona çatmasına səbəb ola bilər.

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında danışıb.

Tramp rusiyalı həmkarı Vladimir Putinin Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində onu məyus etdiyini vurğulayıb.

"Birləşmiş Ştatlar yeddi müharibəni nizamlayaraq həll edib. Prezident Putinlə münasibətimə görə bunun (Ukrayna müharibəsinin– red.) ən asan variant olduğunu düşünürdüm. Amma o, məni məyus etdi. Görək bu, nə ilə nəticələnəcək" – o deyib.

Избранный
17
1
modern.az

6Источники