RU

Parisdəki etirazlarda 800-dən çox həbs edilənVAR

Hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə Fransa hökumətinin təklif etdiyi qənaət tədbirlərinə qarşı etiraz yürüşündə həbslərə başlayıblar.

Redaktor.az BFMTV-yə istinadən xəbər verir ki, Parisdə keçirilən yürüşdə 48 nəfər saxlanılıb, ölkə üzrə isə həbslərin sayı 800-ü keçib.

Məlumata görə, polis dəyənəklərdən, gözyaşardıcı qazdan və qumbaralardan istifadə edir. Etirazçılar buna cavab olaraq polisə məşəl, fişəng, şüşə və daş atırlar.

Fransanın aparıcı həmkarlar ittifaqı təşkilatı Ümumi Əmək Konfederasiyasının (CGT) hesablamalarına görə, ölkə boyu nümayişlərdə təxminən 1 milyon insan iştirak edib.

Избранный
17
5
redaktor.az

6Источники