Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus "Rəsul Həmzətov" sərhəd gözətçi gəmisi sentyabrın 23-dən 25-dək Bakı limanına səfər edəcək. Səfər təsdiq edilmiş ikitərəfli əməkdaşlıq planlarının bir hissəsidir. Proqrama Rusiya və Azərbaycanın sərhəd xidmətləri arasında ilk növbədə Xəzər dənizində ikitərəfli əməkdaşlığın müzakirəsi üçün təmaslar daxildir", - o deyib.
Zaxarovanın sözlərinə görə, Rusiya sərhədçilərinin Bakıya səfəri təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi və Xəzər regionunda praktiki əməkdaşlığın gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklərə dəlalət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31