RU

“Erotik təqvimdən prezident iqamətgahına qədər“ Jurnalist araşdırması

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kreml divarları arxasında 17 yaşlı tələbə ilə qalmaqallı sevgi macərası..."

Onun adı Alisa Xarçevadır. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmağa hazırlaşan gənc, hələ 17 yaşlı bir qız. Onun həyatı 2010-cu ilin payızında tamamilə dəyişib, çünki Rusiyanın o zamankı baş naziri, indi isə bütün dünyanın tanıdığı və niftət etdiyi Vladimir Putin onun taleyinə müdaxilə edib.

Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.

Erotik təqvimdən prezident iqamətgahına qədər

Hekayənin başlanğıcı ilk baxışdan təsadüfi görünür. "Naşi" adlı Kremlyönlü gənclər hərəkatı Putinin 58 illik yubileyi üçün erotik təqvim hazırlayıb. Təqvimdə gənc tələbə qızların şəkilləri olub və onların arasında Alisa da öz yerinı alıb. "Vladimir Vladimiroviç, siz ən yaxşısısınız!" - bu sözlərlə qızın fotosu Putinə təqdim edilib. Rusiyalı jurnalistlər Roman Badanin və Mixail Rubinin araşdırmalarına görə, hər şey məhz həmin an başlayıb. Çox keçməyib ki, Alisa Putinin iqamətgahına - Novo-Oqaryovoya dəvət alıb.

Siyasət və ehtirasın birləşdiyi məqam

Bu münasibətlərin arxasında yalnız qadağan olunmuş sevgi yox, həm də siyasi intriqalar gizlənib. "Naşi" hərəkatının təşkilatçıları bu tanışlıqdan fürsət kimi istifadə etməyə çalışıb. Hər görüşdən öncə gənc qıza Kremlin başçısına çatdırmaq üçün mesajlar verilib, siyasi ideyalar ötürülüb. Onlar Putinə bu yolla təsir göstərə biləcəklərinə inanıb. Amma şahidlərin sözlərinə görə, Putin bu mesajları dinləsə də, cavabsız qoyub. Onu daha çox qızın gəncliyi və diqqəti maraqlandırıb.

Qısa sürən sevgi macərası, uzunmüddətli imtiyazlar

Bu münasibət təxminən bir il davam edib. Əlaqə bitəndə "Naşi" də öz nüfuzunu itirib, rəhbərləri vəzifədən uzaqlaşdırılıb. Amma Alisa artıq tamam başqa bir həyatın qapılarını açıb. 2015-ci ildə o, Moskvanın mərkəzində elit bir mənzil əldə edib. Daha sonra Rusiya diplomatiyasının ən nüfuzlu universitetlərindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olunub. Onun atası Vsevolod Xarçev isə heç bir xüsusi təcrübəsi olmadığı halda "Dialoq" adlı kremlyönlü qurumda yüksək maaşlı iş tapıb.

"Pussy for Putin" - qalmaqallı jest

Alisa münasibətdən sonra da özünü Kremlin yaxınlığında hiss edib. 2012-ci ildə o, Putinin doğum günü münasibətilə bloqunda bir pişik balası ilə fotosunu paylaşaraq altına yazıb: "Pussy for Putin". Yazı sonradan silinsə də, şəkillər internetdə qalıb və mübahisələrə səbəb olub. İndi Alisa ərə gedib, ərinin Axilqova soyadını daşıyır. Moskvanın mərkəzində günəşlənmə studiyası açıb, biznes xanımı kimi fəaliyyət göstərir. Lakin onun köhnə əlaqələri tam kəsilməyib: 2021-ci ildə biznes-cetlə Türkiyəyə uçarkən yanında "Naşi"nin keçmiş mətbuat katibi Kristina Potupçik də olub.

Putinin qadınlar "qalereyası"

Alisanın hekayəsi Kremlin divarları arxasındakı sirrlərin yalnız bir hissəsidir. Putinin adı illərdir müxtəlif qadınlarla hallanır. Bunlar: Svetlana Krivonoqix - onun qızının anası sayılır, Sankt-Peterburqda elit mənzil və "İqora" kurortuna sahib olub. Alina Kabayeva - rəsmi sevgilisi və idman ulduzu, yüz milyonlarla dollar dəyərində əmlak imperiyasına malikdir. Lüdmila Oçeretnaya - keçmiş həyat yoldaşı, Putinin başladığı müharibədən böyük gəlirlər əldə edib.

Qaranlıq bir tablonun parçası

Bu hekayə təkcə şəxsi münasibətlərdən bəhs etmir. O, Rusiyada gücün və siyasətin şəxsi həyatla necə birləşdiyini, bir diktatorun yaxın ətrafının dövlət resursları hesabına necə zənginləşdiyini göstərir. Putinin şəxsi sevgi romanları əslində onun siyasi portretinin ayrılmaz hissəsinə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
moderator.az

2Источники