RU

Millimiz qalib gəldi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. 

Tribunainfo.az xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.

Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.

Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.

Избранный
41
25
tribunainfo.az

10Источники