RU

Biləsuvarda “Mercedes” aşdı - Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 1963-ci il təvəllüdlü Abbasov Elalim Əhəd oğlu, 1980-cı il təvəllüdlü Əliyev Azad Vaqif oğlu və 1972-ci il təvəllüdlü Abbasov Zeynal Əhəd oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Избранный
10
7
avtosfer.az

9Источники