RU

“Bu cavaba görə alqış olmayacaq” Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə yayımlanan “Kim milyoner olmak ister?” yarışmasında iştirakçıya Qəzzada həlak olan uşaqlarla bağlı sual ünvanlanıb.

“Qafqazinfo”nun məlumatına görə, 300.000 TL dəyərindəki sual belə olub:

“UNİCEF-in məlumatlarına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada 1 günə öldürülən uşaqların sayı nə qədərdir?”

Cavab variantları isə müvafiq olaraq 2, 4, 8, və 28 olub.

Maraqlısı isə budur ki, iştirakçı doğru cavabı (D variant-28-red.) tapsa da, verilişin aparıcısı Oktay Kaynarca bu dəfə doğru cavabı fərqli reaksiya ilə qəbul edib:

“Burada səsləndirilən hər doğru cavab üçün alqışlar səslənir. Amma bu doğruya görə alqış olmayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
qafqazinfo.az

5Источники