RU

Yaponiya Bankı balansındakı ETF-ləri satmağa başlayır – Bu yen üçün nə deməkdir?

Yaponiya Bankı (BoJ) cümə günü pul-kredit siyasətində dəyişiklik etmədi, lakin səhm alqı-satqısı üzrə yeni addım ataraq balansında olan aktivlərin satışına başlayacağını açıqladı.

Banker.az Wall Street Jopurnal-a istinadən xəbər verir ki, bu, siyasətin normallaşdırılması istiqamətində daha bir mərhələ hesab olunur.

Mərkəzi Bank gecəlik çağırış faiz dərəcəsini 0,5% səviyyəsində saxladı. Bank ABŞ-ın tətbiq etdiyi tariflərin iqtisadiyyata təsirini qiymətləndirmək və daxili siyasi qeyri-müəyyənliyin azalmasını gözləmək üçün faiz artırmaqdan imtina etdi. Yanvar ayında sonuncu dəfə faiz artımına gedildikdən sonra dərəcə bu səviyyədə qalır.

Eyni zamanda BoJ öz aqressiv yumşaldıcı siyasət proqramı çərçivəsində aldığı birja investisiya fondlarının (ETF) həcmini azaltmaq planını elan edib. BoJ illik təxminən 330 milyard yen həcmində ETF satacağını bildirib.

ABŞ və Yaponiya arasında ticarət razılaşmasının əldə olunması tariflərə dair bəzi qeyri-müəyyənlikləri aradan qaldırsa da, bunun iqtisadiyyata və şirkətlərə təsiri hələlik aydın deyil. Yaponiya ABŞ-dan əvvəlcədən gözləniləndən daha aşağı tarif dərəcəsi əldə etsə də, şirkətlər əvvəlkindən daha böyük yük altında qalacaq. Bu isə yapon firmalarının ABŞ bazarındakı rəqabət qabiliyyətini azaldacaq və mənfəətlərinə mənfi təsir göstərəcək.

Mərkəzi Bank siyasətçiləri yeni tarif rejimi şəraitində yapon şirkətlərinin kapital qoyuluşlarını və əməkhaqqı artımlarını davam etdirib-etdirməyəcəyini izləmək istəyirlər. Bu baxımdan yaxın günlərdə açıqlanacaq “tankan” korporativ əhval-ruhiyyə sorğusu və regional iqtisadi şəraiti izləyən BOJ filial menecerlərinin rüblük iclası əsas göstəricilər hesab olunur.

Daxildə yenidən yaranan siyasi qeyri-sabitlik də BoJ-un siyasət trayektoriyasını çətinləşdirə bilər. İqtisadçılar bildirirlər ki, əgər Yaponiyada yeni hökumət daha yumşaq monetar siyasət tərəfdarı olsa, Mərkəzi Bank faiz artımlarına fasilə verməyə məcbur qala bilər. Lakin inflyasiyanın davamlı qalması və yaşayış xərclərinin artması fonunda yeni rəhbərliyin BuJ-u genişləndirici siyasəti qorumağa məcbur etməsi məhdud ola bilər.

Rəsmi statistikaya əsasən, avqust ayında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,7% artıb ki, bu da Mərkəzi Bankın 2%-lik hədəfini xeyli üstələyib.

İqtisadçılar gələcəyə dair fikir ayrılığındadır: bəziləri BOJ-un faiz artımını gələn ilə qədər təxirə salacağını düşünür, digərləri isə qiymətlərin və maaşların dayanıqlı artım trayektoriyası təsdiqlənərsə, artıq oktyabrda addım atılmasının mümkünlüyünü irəli sürürlər.

Избранный
21
banker.az

1Источники