Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Şovu kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil kənddə məktəbə gedən 2014-cü il təvəllüdlü Ramid Əliyev və onun bacısı, 2017-ci il təvəllüdlü Gülay Əlizadəni vurub.
Yaralılar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
(APA)