RU

"Qarabağ"ın Çempionlar Liqasındakı mövqeyi bəlli oldu

Çempionlar Liqasının Liqa mərhələsində 1-ci turdan sonra komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşib.

"Unikal" xəbər verir ki, sentyabrın 16-da səfərdə "Benfika" üzərində 3:2 hesablı qələbə qazanan təmsilçimiz "Qarabağ" hazırda 3 xalla 10-cudur.

Qeyd edək ki, Qurban Qurbanovun komandası 2-ci turda Tofiq Bəhramov adına Respublika Stadionunda "Kopenhagen"lə qarşılaşacaq. Oktyabrın 1-də oynanılacaq matç saat 20:45-də start götürəcək.

Избранный
47
3
unikal.az

4Источники