RU

Tramp Tayvana hərbi yardımı rədd edib

ABŞ Prezidenti Donald Tramp Tayvana təxminən 400 milyon dollarlıq hərbi yardımın çatdırılmasına razılıq verməyib.

Doğru.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Nəşrin iddiasına görə, Tramp administrasiyası Çinlə ticarət sazişi bağlamaqda maraqlıdır və buna görə də komandası Pekinlə münasibətləri yaxşılaşdırmaq üçün fəaliyyət planı hazırlayır.

Bundan əlavə, Ukraynada davam edən vəziyyət də Vaşinqtonun pulsuz yardım göstərmək istəmədiyini nümayiş etdirir və bu amilin də Trampın qərarına təsir etdiyi bildirilir.

Eyni zamanda, mənbələr qeyd edir ki, verilən qərar hələlik “yekun xarakter daşımır”.

DOĞRU.AZ

Избранный
42
1
dogru.az

2Источники