RU

Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub

Türkiyənin restoran şəbəkələrindən biri olan "Bursa Kebap Evi" (BKE) Azərbaycan bazarına daxil olub.

Marja.az xəbər verir ki, şəbəkənin ölkəmizdə ilk şöbəsi "Qara Qarayev" metro stansiyası yaxınlığında yerləşən "Sevinc Mall"da açılıb.

2010-cu ildə gənc sahibkarlar Mustafa Cem Helvacı və Caner Helvacı qardaşlarının rəhbərliyi ilə fəaliyyətə başlayan "Bursa Kebap Evi", bu gün artıq dünyanda ən çox xarici filialı olan türk restoran şəbəkələrindən birinə çevrilib. İlk illərdə sadəcə 3 restoranla başlayan bu yolçuluq, qısa müddətdə inam və zəhmətin sayəsində böyüyüb, filiallarının sayı artıb.

Ticarət mərkəzlərinin isə ən çox üstünlük verdiyi brendlər arasında yer alan "Bursa Kebap Evi", orijinal və ləzzətli İskəndər kebabını müasir “Casual Dining” konsepti ilə təqdim edir. Zəngin menyusu, keyfiyyətli xidməti və yerli, təbii xammaldan istifadə etməsi ilə fərqlənən restoran şəbəkəsi, bütün bunları əlçatan qiymətlərlə müştərilərinə çatdırır.

Bu gün Türkiyə, Azərbaycan, İngiltərə, Almaniya, Çexiya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, İran və Pakistan daxil olmaqla 14 ölkədə 150-dən artıq filial fəaliyyət göstərir. Restoranlarda hər il 1200 ton ət istehlak olunur, 12 milyon qonaq qarşılanır və şəbəkədə 2 mindən çox işçi çalışır.

Şirkət, yeni müqavilələrlə İskəndər kebabını dünyanın daha çox ölkəsində təqdim etməyi və restoranlarının sayını 255-ə çatdırmağı planlaşdırır.

Bursa Kebap Evi BKE Azərbaycan bazarı restoran şəbəkəsi Sevinc Mall Qara Qarayev metrosu Mustafa Cem Helvacı Caner Helvacı Türkiyə İskəndər kebabı Casual Dining ləzzətli menyu keyfiyyətli xidmət təbii xammal əlçatan qiymətlər beynəlxalq filiallar 14 ölkə 150 filial 1200 ton ət 12 milyon qonaq 2000 işçi genişlənmə planları 255 restoran hədəfi
Избранный
22
1
marja.az

2Источники