RU

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaradılan Yeməkxanalara Nəzarət Komissiyası tərəfindən universitet şəhərciyində yerləşən yeməkxanalara növbəti baxış keçirilib. 

AzEdu.az xəbər verir ki, yeməkxanaların xidmət keyfiyyətinin artırılması məqsədini daşıyan baxış zamanı bu dəfə qiymət siyasəti nəzərdən keçirilib. Digər universitetlərin yeməkxanaları ilə müqayisəli şəkildə təhlillər aparılıb və bəzi məhsulların qiymətlərində endirimlər edilib. 

Universitet şəhərciyinin direktoru, tələbə təşkilatlarının sədrləri və tələbələrdən təşkil olunan komissiya həftədə bir neçə dəfə yeməkxanalarda reydlər keçirəcək və vəziyyəti qiymətləndirəcəklər. Komissiya üzvləri bufetlərdə qiymət siyasətinə, sanitar-gigiyenik vəziyyətə və xidmət mühitinə nəzarət edəcək, ortaya çıxan məsələlərə operativ həll yolları tapacaqlar.

Bu mexanizim tələbələr, akademik heyət və universitet işçilərinin gündəlik ehtiyaclarının yüksək standartlara cavab verməsini təmin etməklə yanaşı, xidmət sahəsində şəffaflıq və məsuliyyət prinsiplərinin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.

Избранный
36
1
azedu.az

2Источники