RU

Bricit Makron hamiləliyini sübut edən fotoları məhkəmədə nümayiş etdirəcək

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-nin Delaver ştatında keçiriləcək məhkəmə prosesinə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Der Spiegel nəşri məlumat yayıb. Qeyd edək ki, ultra-sağçı amerikalı podkaster Kendis  Ouensə qarşı yalan və böhtan iddiası qaldırıblar.

Cütlüyün vəkili Tom Clare BBC podkastı Fame Under Fire-də bildirib ki, reputasiyalarını qorumaq məqsədilə Bricit Makronun hamiləliyini və analığını təsdiqləyən şəxsi materialları, o cümlədən fotoları məhkəmədə nümayiş etdirməyə hazırdırlar.

"Bu materiallar məhkəmədə təqdim ediləcək ki, hər kəs onları görə bilsin", vəkil qeyd edib.

Kendis  Ouens iddia edirdi ki, Brijit Makron «kişidən doğulub» və başqa konspirasiya nəzəriyyələrini yayırdı, o cümlədən Emmanuel və Brijit Makronun qohum olması barədə. İddia ərizəsində 22 maddə yer alıb və Makronlar bildirirlər ki, onlar «qlobal alçaltma kampaniyasının» qurbanı olublar, bu kampaniya «təqibedici, qeyri-insani və dərin ədalətsiz» olub.

Poliqon.info

Избранный
48
poliqon.info

1Источники