RU

“Kəlbəcərdə 80 yaşlı oğlum və gəlinimlə yaşayıram, nəticələrim üçün darıxıram” 113 yaşlı nənədən ETİRAF-ÖZƏL

“Kəlbəcərdə yaşamaq, bu torpağa 30 ildən sonra ayaq basmaq mənə də nəsib oldu. O vaxt həyət evlərində yaşayırdıq, bağımız, bağatımız var idi. Mal-qara, toyuq-cücə saxlayırdıq. İndi isə bina evində qalıram. Oğlum və gəlinimlə birlikdə yaşayıram. Hər ikisinin 80 yaşı var. Bakıdan nəvələrim zəng edir, halımı-əhvalımı soruşurlar. Hamı narahatdır, deyirlər görəsən necədir onun vəziyyəti? Mənə sanki yaşamaq üçün Allah möhlət verib. Daha da yaxşılaşmışam. Torpaq adamı yaşadır sanki.
 
Nəvələrimə də deyirəm ki, siz də gəlin Kəlbəcərə. Ən çox nəticələrim üçün darıxıram”
 
Bunu Moderator.az-a açıqlamasında Kəlbəcərin 113 yaşlı sakini Xeyrənisə Baxşəliyeva deyib. O daha sonra əlavə edib:
 
“Ömrümün 80 ilini Kəlbəcərdə çox gözəl yaşamışam. Şükürlər olsun ki, Allah mənə ömür verdi və gedib orada yaşamaq sevincini daddım. O vaxt ordan çıxanda yollar çox pis gündə idi. Çətinliklə hərəkət etmək olurdu. İndi maşınla şüşə kimi yolla gedib-gəlirik. Erməni saray kimi evimi uçurdub. Hər gecə yuxularımda görürdüm evimi. Ağlayırdım, sızlayırdım, amma heç kimə bildirmirdim. Kəlbəcər indi gözəlləşib, müasirləşib. Daha da gözəlləşəcək və dünyada tanınacaq” deyə o bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Xeyrənisə Baxşəliyeva öz ailəsi ilə birlikdə Kəlbəcərə köçüb.
 
Избранный
50
1
moderator.az

2Источники