RU

Bu 4 bürclə ailə qurmaq çətindir

Astroloqlar bu dəfə bürclərin ailə qurmağa, evliliyə yanaşmasın əks etdirən proqnozları açıqlayıblar. Qeyd edilib ki, azad ruhlu bürclərlə ailə qurmaq xeyli çətin, hətta mümkünsüzdür.

Far.Az xəbər verir ki, bu 4 bürc əsasən aşağıdakılardır:

Oxatan bürcü

Bu bürcdən olan insanlar tam azad ruhludurlar. Kəşf etməyi, səyahət etməyi, yeni yerlərə getməyi sevirlər. Ailədəki qaydalar, qanunlar, hər gün eyni şeyi etmək onlara çox darıxdırıcı gəlir. Onlar evdə oturmaq yerinə, dünyanı gəzmək istəyirlər. Ailədə uşağa baxmaq kimi bir məsuliyyət istəmirlər. Həmişə harasa qaçmaq üçün fürsət gəzirlər. Onları arada sərbəst buraxmaq lazımdır.

Əkizlər bürcü

Bu bürcdən olan insanlar zehni fəaəliyyətləri ilə seçilirlər. Həmişə yeni nələrsə görmək və fərqli məkanlarda olmaq istəyirlər. Ailədəki eynilik, qaydalar onlar üçün deyil. Hər gün eyni evə getmək və eyni ev əşyaları ilə qarşılaşmaq onlara yorucu gəlir. Bu səbəbdən evdə oturmağı heç sevmirlər. Evdəki məsuliyyətin daim ona yüklənməsi onu sıxır. Bütün bunlarla qarşılaşmamaq istəyirisinizsə bu bürclərdən olan insanlarla evlənməyin.

Qoç bürcü

Bu bürcdən olanlar lider olmaq istəyirlər. Evdə, ailədə və ya şəxsi münasibətində onun dediyini olmasını gözləyər. Bu səbəbdən də ailəsi ilə tez-tez mübahisələr edər və onların həyat rejiminə uyğunlaşmaq istəməz. Ona aid olan ona aid olmalıdır. Bəzən ailə onun üçün sığındığı liman yox, artıq rəqabət apardığı mühitə çevrilə bilir. Qoçun bu xüsusiyyətini yox etmək yerinə ona xeyli məsuliyyət vermək lazımdır.

Dolça bürcü

Bu bürcdən olan insanlar hamıdan fərqlənirlər. Stabil ailə quruluşu, sərt qadağalar, "Belə olmalıdır" kimi cümlələr bu bürcən olan insanları əsəbiləşdirir. Onlar üçün ailə azadlığını əlindən alan yox, fikirlərini sərbəst ifadə edə biləcəyi bir yer olmalıdır. Onun özünəməxsus arzuları və fikirləri var. Qarşısındakı insan bunu sevər ya sevməz ona heç aidiyyatı yoxdur. Onun sərbəst buraxın istədiyi yerdə yaşasın.

Избранный
40
1
far.az

2Источники