ABŞ Dövlət Departamenti 780 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə raket komplekslərinin “Polşaya” satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 2506 ədəd FGM-148F raketinin və 253 ədəd “Javelin” kompleksinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Bu sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətləri olacaq.