RU

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Bakı.Trend:

Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank”ölkənin regional inkişafına töhfə vermək məqsədilə həyata keçirdiyi“Bilik Səfəri” layihəsinin açılış mərasiminiAzərbaycanın ikinci ən böyük şəhəri Gəncədə keçirib.

Bankın korporativ sosial məsuliyyət proqramıçərçivəsində reallaşdırılan bu təşəbbüs müasir əmək bazarınıntələblərinə cavab verən yeni mütəxəssislərin yetişdirilməsinəyönəlib. Layihəyə qoşulmaq üçün qeydiyyatdan keçənlər arasından65 iştirakçı uğurlu namizəd olaraq seçilib. Təqdim edilənimkanlardan yararlanmaq fürsəti qazanan iştirakçılardan 35 nəfəriəlaqə mərkəzi, 30 nəfəri isə informasiya texnologiyalarıüzrə təlimlərə qatılacaq. İştirakçılar arasında tələbələr, yeniməzunlar və 10 ilə qədər iş təcrübəsinə malik peşəkarlar yeralır.

Üç ay davam edəcək proqramda peşəkar təlimçilər tərəfindənhazırlanmış xüsusi tədris proqramları və intensivsessiyalar keçiriləcək. Məqsəd iştirakçıların əməkbazarında yüksək tələbat görən praktiki bilik və bacarıqlarınıinkişaf etdirməkdir.

“PAŞA Bank” fəaliyyətə başladığı gündən insan kapitalınıninkişafını, biliklərin paylaşılmasını və regional potensialıngücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.Bank, uzunmüddətli strategiyasına uyğun olaraq, gələcəkdə dəgənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrəimza atmağa davam edəcək.

Məqalədə:
Избранный
39
4
az.trend.az

6Источники