RU

Azərbaycan daha bir ölkəyə kahı tədarük etməyə başlayıb

ain.az, 525.az saytına istinadən bildirir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 651,3 min ABŞ dolları dəyərində 912,9 ton kahı gətirilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Azərbaycan İrandan 646 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çox) 912,3 ton (30 % çox), İspaniyadan 4,4 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,5 min ABŞ dolları dəyərində 0,05 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 0,35 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,03 ton (bir il əvvəl tədarük olmayıb) kahı alıb.

Hesabat dövründə Azərbaycan 118,1 min ABŞ dolları dəyərində (-38 %) 213,4 ton (-19 %) kahı ixrac edib.

Azərbaycan Rusiyaya 107 min ABŞ dolları dəyərində (-44 %) 204,4 ton (-23 %) və Belarusa 11,1 min ABŞ dolları dəyərində 9 ton məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
1
525.az

2Источники