RU

“Konstitusiya və Suverenlik İli” elan olunmasının əsas mesajı Komitə sədri

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əsas mesajı – cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs çox dərin siyasi və hüquqi məna daşıyır. Konstitusiyamızın qəbulunun 30 ili, ərazi bütövlüyümüzün bərpa edilməsinin və qələbəmizin 5 ili tamam olur. Bu baxımdan “Konstitusiya və Suverenlik İli” Konstitusiyanın və suverenlik prinsipinin faktiki reallaşmasının mühüm mərhələsidir. Bu həm də qələbəmizin və suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, əldə olunan nailiyyətlərin hüquqi baxımdan maarifləndirilməsi və dövlətçilik ənənələrinin təbliği baxımından prioritet məsələlərdəndir”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, “Konstitusiya və Suverenlik İli” həm də Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı əvəzsiz rolunu bir daha gündəmə gətirir:

“1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyamız Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş mühüm sənəddir. Azərbaycan Konstitusiyası elə bir sənəddir ki, burada yalnız hüquqi çərçivə deyil, həm də dövlətimizin siyasi fəlsəfəsi ifadə olunur. Sənədin qəbulundan 30 il keçib, bu müddətdə dünya düzəni dəyişib, müxtəlif texnoloji və hüquqi çağırışlar meydana çıxıb. Buna baxmayaraq, Konstitusiyamız öz əsas məğzi etibarilə dövrün tələblərinə cavab verir. Təbii ki, müasir çağırışlara uyğun olaraq əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyü də nəzərə alınır və bu istiqamətdə işlər aparılır”.

Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır:

“Onun bu sahəyə verdiyi töhfələr təkcə dövlət başçısı kimi deyil, həm də peşəkar təhlükəsizlik işçisi, strateq və uzaqgörən siyasətçi kimi fəaliyyətinin nəticəsidir. Milli təhlükəsizliyin təmin olunması hər bir dövlətin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və milli maraqlarının daxili və xarici təhdidlərdən qorunması Azərbaycanın milli təhlükəsizliyinin əsasını təşkil edir”.

Komitə sədri vurğulayıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təhlükəsizlik sahəsində əsas hədəflərdən biri hüquqi dövlətin prinsiplərinin dərinləşdirilməsi və informasiya suverenliyinin təmin olunmasıdır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin əsasında suverenlik, ərazi bütövlüyü, onun qorunması və hər bir Azərbaycan vətəndaşının rifahı dayanır. Əsas məqsədlərdən biri hüquqi dövlətin prinsiplərinin dərinləşdirilməsi, vətəndaşların hüquqlarının qorunması, milli təhlükəsizliklə bağlı informasiya resurslarının müdafiəsi və texnoloji infrastrukturun hüquqi cəhətdən təmin olunmasıdır. Dövlət olaraq biz informasiya məkanında müstəqil, şəffaf və təhlükəsiz mühitin qurulmasına yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik”.

Deputat sonda qeyd edib ki, Heydər Əliyevin təhlükəsizlik siyasəti təkcə bir dövrün deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin təcəssümüdür:

“Bu siyasət bu gün də Azərbaycanın gələcəyinə xidmət edir. Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti isə örnəkdir və uğurla davam etdirilir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
2
olke.az

3Источники