RU

Yevlax görüşündə bu məsələ müzakirə olundu – Şahramanyan

“Məqsədimiz nəsillərimizin real məlumat almasıdır”.

Turkustan.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin son lideri Samvel Şahramanyan qeyd edib.

O, Yevlax görüşünün qondarma “artsax” səhifəsini bağlaması ilə bağlı ittihamlara cavabında bunları deyib:

“Mən Yevlax görüşündə iştirak etməmişəm, heç vaxt Yevlaxda olmamışam. Oraya gedənlər heç bir sənəd imzalamayıblar. O görüş humanitar xarakter daşıyıb”.

Qeyd edək ki, 2023-cü il sentyabrın 21-də Yevlaxda Qarabağın erməni icmasının təmsilçiləri ilə görüş keçirilmişdi. Sözügedən görüşdə rəsmi Bakı Qarabağ ermənilərinə bir sıra humanitar təkliflər irəli sürmüşdü. Lakin onların təmsilçiləri əhalinin Qarabağı könüllü tərk etməsinə qərar vermişdi./Globalinfo.az

Избранный
39
turkustan.az

1Источники