RU

"Milyonçu"da Qəzza sualı – Aparıcının reaksiyası diqqət çəkdi - VİDEO

ATV-nin məşhur intellektual yarışması "Kim milyonçu olmaq istəyir" bu dəfə Qəzza mövzulu sualla gündəmə gəlib. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Oktay Kaynarca düzgün cavab elan edildikdən sonra studiyada alqış istəməyib.

Yarışmanın iştirakçısı Ahmet Atakan Demir ilk mərhələləri uğurla keçərək 300 min TL-lik suala qədər irəliləyib. Həmin sual belə idi:

"BMT Təhlükəsizlik Şurasının iclasında açıqlanan UNİCEF məlumatlarına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada İsrail tərəfindən hər gün neçə uşaq öldürülüb?".

İştirakçı cavab variantlarından "28"-i seçdi və bu cavab düzgün elan olundu.

Düzgün cavab elan olunduqdan sonra Oktay Kaynarca studiyadakı tamaşaçılara müraciət edərək:

"Bu gün düzgün cavab üçün alqış istəmirik. Çünki rəqəm rəsmi olaraq 28 göstərilsə də, bu, əslində bir faciənin rəsmi tərəfidir" - sözlərini işlədib.

Избранный
28
2
day.az

5Источники