Bu gün ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpin arasında telefon danışığı həyata keçiriləcək.
Gundem.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, danışıqların Bakı vaxtı ilə 17:00-da başlaması gözlənilir.
Tərəflər bir sıra məsələlərlə yanaşı, ABŞ və Çin arasında rüsumlar məsələsində barışığa gəlməyi müzakirə edəcəklər.
Bu, iki ölkə lideri arasında iyun ayından bu yana ilk birbaşa söhbət olacaq.