RU

Netanyahu Trampla görüşə hazırlaşır

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 29-da Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşəcək.Reyting.az xəbər verir ki, baş nazir Netanyahu Trampın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışından sonra onu Ağ evə dəvət etdiyini və görüşün bu ayın sonunda baş tutacağını açıqlayıb. “Tramp məni Ağ evə dəvət etdi. BMT-dəki çıxışımdan sonra onunla görüşəcəyəm”,- Netanyahu qeyd edib.“Times of Israel” qəzetinin yazdığına görə, Netanyahunun bəyanatı İsrailin Qəzzada törədilən soyqırım hücumları səbəbindən beynəlxalq səhnədə getdikcə daha çox təcridlə üzləşdiyi və yaxın illərdə daha da təklənəcək dövlətə çevriləcəyi ilə bağlı açıqlamalarından sonra gəlib. Bu bəyanatlar əks-reaksiyaya səbəb olub. Netanyahu isə sonradan onun sözlərinin doğru anlaşılmadığını bildirib.Netanyahu İsrail iqtisadiyyatına olan inamını təkrarlayaraq, “İsrail iqtisadiyyatına tam güvənirəm. Müharibənin son iki ilində İsrail iqtisadiyyatı bütün dünyanı heyrətə saldı”,- deyib.ELÇİN Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
reyting.az

2Источники