Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidenti Donald Trampın kiçik qızı Tiffani Tramp və əri Maykl Boulosun yay tətilini türkiyəli neft milyarderi Ərcüment Cafer Bayeqana məxsus “Phoenix 2” ultra lüks yaxtasında keçirdikləri məlum olub.
"AzPolitika" "New York Times"-a istinadla xəbər verir ki, Tramp ailəsinin türk milyarderlə yaxın münasibəti bu əlaqələrin Liviyadakı neft əlaqələri ilə bağlı olub-olmaması və ailəyə şəxsi fayda verib-verməməsi ilə bağlı müzakirələrə səbəb olub.
Qəzetin yazdığına görə, bu tətil əlamətdar bir tarixə təsadüf edib. Təxminən eyni vaxtda Trampın məsləhətçilərindən biri və eyni zamanda Tiffani Trampın qayınatası Massad Boulosun Liviyada neft və təbii qaz hasilatını artırmaq məqsədi daşıyan enerji müqavilələrini açıqladığı bildirilir.
Nəşrdə yer alan iddialara görə, Tiffani Tramp və əri Maykl Boulosun qaldığı meqa yaxta türk neft milyarderi Ərcüment Cafer Bayeqan və həyat yoldaşı Rüya Bayeqana məxsusdur. "BGN International" enerji şirkətinin sahibləri kimi Bayeqan ailəsi Liviyada neft hasilatının artmasından birbaşa faydalanır.
Qəzetin mənbələrinə görə, Tiffani Tramp və əri Bayeqan ailəsinin "Phoenix 2" yaxtasında yerləşmə haqqını ödəməyiblər.
"AzPolitika.info"


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.