RU

Əfqanıstan XİN: “Baqram aviabazasına xarici nəzarəti qətiyyən qəbul etmirik” - ÖZƏL

Əfqanıstan Xarici İşlər Nazirliyinin müşaviri Zakir Cəlali ABŞ Prezidenti Donald Trampın Baqram aviabazasını yenidən nəzarətə götürmək barədə açıqlamasına münasibət bildirib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Əfqanıstan tarixi boyunca heç vaxt xarici hərbi qüvvələrin ölkə ərazisində mövcudluğunu qəbul etməyib. "Əfqan xalqı heç vaxt yadelli hərbi mövcudluqla barışmayıb. Bu məsələ həm danışıqlarda, həm də Dohada imzalanan razılaşmada açıq şəkildə rədd edilib", - deyə Cəlali vurğulayıb.
Eyni zamanda, rəsmı bildirib ki, Əfqanıstan ABŞ-la əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq yalnız qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurula bilər. Qeyd edək ki, sentyabrın 18-də Donald Tramp ABŞ-nin Baqram aviabazasına nəzarəti bərpa etməyə çalışdığını açıqlamışdı. 2001-2021-ci illərdə baza beynəlxalq koalisiyanın əsas hərbi mərkəzi olub. 2021-ci ilin iyulunda ABŞ qoşunları bazanı tərk edib, avqustda isə aviabaza "Taliban"ın nəzarətinə keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
olaylar.az

1Источники