RU

"Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir" - Günay Ağamalı

"Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir" - Günay Ağamalı"Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir. Bu proses Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarla bağlı strateji baxışının və qətiyyətli siyasətinin nəticəsidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı həm də siyasi və diplomatik mərkəzə çevrilməkdədir" - Günay AğamalıO, açıqlamasında qeyd edib ki, Şuşada keçirilən beynəlxalq tədbirlər, forumlar və yüksək səviyyəli görüşlər Cənubi Qafqazda yeni siyasi reallıqların məhz bu şəhərdən formalaşdığını sübut edir:

"Burada qəbul olunan qərarlar ölkəmizin və bütövlükdə regionun gələcək siyasi düzəninə təsir göstərir. Bu, Şuşanın tarixi kimliyinə, azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhuna hörmətin ən ali nümunəsidir.

Şuşanın diplomatik mərkəzə çevrilməsi Azərbaycanın qlobal nüfuzunun artmasının göstəricisi və Azərbaycanın müstəqil siyasət yürütmək gücünə, bölgədə sülhün və əməkdaşlığın əsas söz sahibinə çevrilməsinin təzahürüdür.

Şuşa tariximizin və mədəniyyətimizin simvolu, beynəlxalq münasibətlərin, siyasi dialoqun və yeni əməkdaşlıq istiqamətlərinin mərkəzi kimi öz rolunu təsdiq edir. Bütün bu proseslər Azərbaycanın gücünü, müdrik siyasətini və gələcəyə inamını ifadə edən tarixi mərhələdir".

Vüsalə İbrahimli

Избранный
23
sonxeber.az

1Источники