RU

Elektron jurnal qiymətlərin dəyişdirilməsinin qarşısını ALACAQ

Attestat qiymətlərinin yazıldıqdan sonra dəyişdirilməsi mümkün deyil. Bu, elektron sistem üzərindən aparıldığı üçün sonradan qiymətlərin dəyişdirilməsi imkansızdır. Lakin əvvəlki illərdə bəzən razılaşdırılmış şəkildə qiymətlərin əvvəlcədən dəyişdirilməsi halları müşahidə olunurdu. Bu isə xüsusilə peşə təhsil müəssisələrinə qəbul prosesində ciddi problemlər yaradırdı. Daha yüksək qiymətlər alan abituriyentlər qəbul olunur, digərləri isə kənarda qalırdı. Hətta qəbul olunanların bir qismi də sonradan imtina etdiyi üçün boş yerlər yaranırdı.

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib.

Elektron jurnal qiymətlərin sonradan dəyişdirilməsinin qarşısını alır

"Məhz bu səbəbdən Elm və Təhsil Nazirliyi kağız jurnal sistemini ləğv edərək elektron jurnalı tətbiq etdi. Bu addım qiymətlərin sonradan dəyişdirilməsinin qarşısını alır və prosesdə şəffaflığı artırır. Düzdür, problemlərin tam aradan qalxması vaxt aparacaq, amma yeni sistemin müəyyən qədər təsir göstərəcəyi gözlənilir.

Hazırda ali təhsil müəssisələrinə qəbul əsasən buraxılış və blok imtahanlarının nəticələri əsasında aparılır, atestat qiymətləri isə yalnız ballar eyni olduqda əlavə meyar kimi nəzərə alınır. Peşə təhsilində isə qəbul birbaşa atestat qiymətləri ilə həyata keçirildiyi üçün bu məsələ daha da böyük əhəmiyyət daşıyır.

Portal qeydiyyatı ilə boş qalan yerlərin yenidən seçilməsi təklif olunur

"Boş yerlərin qalmasının qarşısını almaq üçün Dövlət İmtahan Mərkəzinə təklif olunub ki, qəbul prosesindən sonra portal üzərindən qeydiyyat keçirilsin. Yalnız qeydiyyatdan keçənlərin yerləri təsdiqlənsin, qeydiyyat etməyənlərin yerləri isə yenidən seçim üçün açıq olsun. Çünki bir çox abituriyentlər prestijli ixtisaslara qəbul olsalar da, ya xaricdə təhsil seçirlər, ya da sadəcə oxumaqdan imtina edirlər. Bu zaman həmin yerlər boş qalır. Portal qeydiyyatından sonra ikinci seçim imkanı yaradılarsa, yerlərin boş qalması probleminin xeyli həll olunacağı düşünülür".

Избранный
20
1
azedu.az

2Источники