RU

"Qurban Qurbanovun addımı sorğu-sual olunmur" - Onun qayıdışı ortalığı qarışdırdı

"Qarabağ" növbəti transferini ictimaiyyətə açıqladı.

"Köhlən atlar" sabiq futbolçusu Ramil Şeydayevlə anlaşdı.

"Neftçi" ilə qarşılıqlı razılıq əsasında yolları ayıran forvard qarşıdakı 1 ili Ağdam təmsilçisinin formasını geyinəcək.

Bu, 29 yaşlı oyunçunun "Qarabağ"a üçüncü dönüşüdür.

Həm bu, həm də son dönəmlər formasından uzaq qalması səbəbindən keçid birmənalı qarşılanmayıb.

Amma Şeydayevin keçidinə qarşı çıxanlar kimi, yenidən formasını bərpa edib komandaya fayda verəcəyinə inananlar da az deyil.

Klubun sosial şəbəkə hesablarına gələn təzadlı rəylərin bir qismini sizə təqdim edirik:

"Eşq olsun! Doğru qərardır. Heç bir "Qarabağ" azarkeşi bu oyunçunun məhv olmasını istəməz. Xüsusən də üzərində zəhməti olan Qurbanov".

"Yersiz transferdir".

"Qarabağ"ın beləsinə ehtiyacı yoxdur".

"Milli üçün Ramil önəmli oyunçudur. Zubirin mövqeyində əla nəticə verir. Elvinlə də yaxşı anlaşırlar. Xeyirli olsun!".

"Xeyirli uğurlu olsun. İnşallah, özünü "Qarabağ"da doğruldar və əvvəlki vəziyyətinə qayıdar. Yerli futbolçularımıza dəstək olaq".

"3-cü dəfədi "Qarabağ"a gəlir. Getdiyi klublarda 1 ildən artıq oynamayıb. 29 yaşı var. Nəyə gərəkdi?".

"Əla da olmasa, normal trasferdi".

"Maraqli transferdi əslində. Hər kəs qınayır, amma nəsə edə.bilər. Əlbəttə, üzərində işləsə".

"Ramili necə olur olsun həmişə bəyənmişəm. İnşallah qayıdışı uğurlu olar".

"Qurban hocanın heç bir addımı sorğu-sual olunmur".

"Hücumçu axtarışlarının nəticəsi bu idi?".

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
30
sportinfo.az

1Источники