RU

50 litr ətiri ölkəyə gizlin keçirmək istədilər

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, "İpək yolu" gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu, 1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədəd kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədəd stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.

Избранный
29
13
axar.az

5Источники