RU

Kamçatkada 7,8 bal gücündə zəlzələ baş verdi.

Kamçatkada 7,8 bal gücündə zəlzələ baş verdi.

Rusiyanın Kamçatka bölgəsində 7,8 maqnitudalı zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) açıqlamasında bildirilib ki, zəlzələnin episentri yarımadadakı Petropavlovsk-Kamçatskiy şəhərindən 128 kilometr şərqdə olub.

Açıqlamada həmçinin qeyd olunub ki, zəlzələ 10 kilometr dərinlikdə baş verib və maqnitudası 7,8 olub.

Qeyd edək ki, bölgədə 30 iyulda 8,8, 13 sentyabrda isə 7,4 maqnitudalı zəlzələlər baş vermişdi.

Zəlzələdə itki və ya dağıntıların olub-olmadığı hələlik məlum deyil.

Избранный
25
afn.az

1Источники