RU

“Formula-1” çərçivəsində tibbi xidmətin təşkili tam təmin olunub

Ajans.az xəbər verir ki,yarış xətti boyunca iştirakçılara, “Formula-1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.
18-21 sentyabr 2025-ci il tarixlərində qrafik üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkili üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən yarışlar dövründə xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb.

Həmçinin “Formula-1” yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərir.

Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı, kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər müxtəlif təyinatlı cihaz avadanlıqlar, habelə zəruri dərman, müalicə vasitələri, sərf materialları, təcili və təxirəsalınmaz tibbi yardım çantaları ilə tam təmin olunub.

Yarış müddətində tibbi xidmətin təşkili istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyətə dair TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi, Nərmanov Tibb Mərkəzi və
Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.   Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərir.


Qeyd edək ki, tibb və qeyri-tibb işçilərinin hər biri bir çox beynəlxalq tədbirlərdə xidmət aparan, xarici dil biliklərinə malik təcrübəli mütəxəssislərdir.

Избранный
8
17
Ajans.az

10Источники