Lənkəran rayonu, Girdəni çay üzərindəki körpü yenidən qurulacaq.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Girdəni çay üzərindəki körpü sentyabrın 20-si saat 09:00-dan etibarən tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.
Bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən – Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.
"Cebheinfo.az"