RU

7 gün ərzində yemək yemədi, yalnız su içdi: Bədənindəki təsirini danışdı

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-də yaşayan sağlamlıq məşqçisi və sosial media fenomeni Custin Dorff yeddi gün boyunca yalnız su içdi və heç nə yemədi. Dorff təcrübənin ona “bədən, zehin və ruhunu yenidən qurmaq imkanı” verdiyini deyib. 

Sherg.az xəbər verir ki, mütəxəssislər isə uzunmüddətli aclığın ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər. 

DailyMail-də yer alan xəbərə görə, 42 yaşlı Dorff daha öncə uzunömürlülük “qurusu” Brayan Consonun qocalma əleyhinə rutinlərini və müxtəlif pəhriz sınaqlarını sınayaraq YouTube-da 24 mindən çox izləyiciyə çatmışdı. Amma bu dəfə o, hədlərini bir az da aşaraq, bir həftə ərzində heç bir bərk qida qəbul etmədən yalnız su içdi.

Təxminən 100 min dəfə izlənən son videosunda Dorff təcrübəsini bölüşərək, ilk dörd günün “çox çətin” keçdiyini, beşinci gündə isə özünü yaxşı hiss etdiyini bildirib.

Dorff deyib: “Başlanğıcda yorğun idim, başım gicəllənirdi, ürəyim bulanırdı. Enerjimi itirdim, günləri özümü məşğul etməklə keçirdim. Amma beşinci gün qəfil tonlarla enerji ilə oyandım. Məşqlərimi tamamladım, diqqətimi toplaya bildim”.

Təcrübənin sonunda Dorff 4,5 kiloqram arıqladığını, belinin isə 2,5 santimetr incəldiyini, həmçinin “fast-food” yeməklərinə həvəsinin itirdiyini bildirib.

Uzunmüddətli aclıq risklidir

Alimlər isə aralıqlı orucun qısa müddətdə çəkiyə nəzarətə kömək edə biləcəyini göstərən araşdırmaların olduğunu qəbul etsələr də, uzunmüddətli orucların potensial təhlükələrinə diqqət çəkirlər.

Mütəxəssislərə görə:

Ürək sağlamlığı mənfi təsirlənə bilər, insult və infarkt riski arta bilər.

Ketoasidoz riski yüksəkdir. Qandakı keton səviyyəsinin artması həyati təhlükəli ciddi problemlərə yol aça bilər.

Həzm və maddələr mübadiləsi problem yarada bilər. Uzunmüddətli autofagiya hüceyrə ölümünə və orqan zədələnməsinə səbəb ola bilər.

Bəzi araşdırmalar qısamüddətli orucların bədəndə zədələnmiş hüceyrələrin təmizlənməsini (autofagiya) dəstəkləyə biləcəyini irəli sürsə də, mütəxəssislər bunun təhlükəsiz sərhədlər aşdıqda zərərli ola biləcəyini vurğulayırlar.

Dorff isə təcrübəsinə “Böyük sıfırlama” adını verdiyini bildirərək deyib: “Məqsədim bədənimi və zehnimi yeniləmək idi. Fiziki nəticələr vacib idi, amma ən çox hisslərim dəyişdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
sherg.az

2Источники