RU

“Amal Qrup” ətrafında borc qalmaqalı: Orxan İbrahimli kimlərə güvənir?

Bir çox tenderlərin qalibi olan “Amal Qrup” MMC ətrafında qalmaqal davam edir.

Tribunainfo.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti işləri aparan şirkət subpodratçılara olan ödənişləri verməkdən imtina edir.
Bu barədə verilən məlumatlarda qeyd edilir ki, şirkətin rəhbəri Orxan İbrahimli subpodratçı şirkətə ödənişinin olduğunu etiraf etmək əvəzinə, “Upsilon” MMC-dən şikayətçi olacağını bildirib. Yəni, adam pulunu qaytarmaq əvəzinə, iş icraçısı şirkəttlə problemi çözmək deyil, hədələmək yolunu seçib. Məqsəd də bəllidir: qarşı tərəfin qorxub, ödənişdən vaz keçməsinə nail olmaq.
Qeyd edək ki, artıq 13 aydır ki, Upsilon MMC qurumların qapısını döyərək müxtəlif qurumlardan dəstək istəyir. Bu işin hüquqi yolu olsa da işin məhkəmələrə düşəcəyi qarşı tərəfin də etirazları ilə prosesin uzanacağı ehtimal edildiyindən, şirkətin təsisçisinə, direktoruna rəsmi və qeyri rəsmi mesajlar göndərlib, müraciətlər edilib. Amma nə fayda?
Maraqlıdır ki, Orxan İbrahimli subpodartçı şirkətə ödənəcək məbləği ödəməməklə yanaşı, “Upsilon” MMC-yə məxsus inventoru girov götürərək , şikayətdən və borcdan imtina qarşılığında onları geri verəcəyini bildiririb. Rəsmi edilən şikayətlərdən, məsələnin ictimailəşməsindən sonra Amal Qrup rəhbərliyi nəhayət inventoru bu ilin mart ayında  “girovdan” azad edib. Bu zaman borcun təxminən 10 faizini də ödəyib. Üstəlik, sözlər verilmişdi ki, bu borc yaxın günlərdə tam həll olunacaq.
Bununla bağlı Tribunainfo.az-a yazırlar ki, ilkin ödənişdən sonra Amal Qrupla bölgənin tikintisi və bərpasında məsul olan Şərqi Zəngəzur Tikinti Bərpa qurumunun təşkilatçılığı ilə görüş keçirildi. “Ümid edildi ki, borclar tam ödənəcək. Bundan sonra bir neçə görüşlər keçirilməsinə, rəsmi sənədlər, qaimələr təqdim edilməsinə baxmayaraq Amal Qrup rəhbərliyi real addım atmaq istəmir”.
Məlumatda deyilir ki, bugün inşaat gedən Qubadlı rayonu Zilanlı kəndi ərazisinə mal, material aparan, texnika icarəyə verən təhçizatçılar ciddi narazıdırlar. “İnsanlar min bir əziyyətlə inşaat bölgəsinə apardıqları təhçizatın pulunu ala bilmirlər. Artıq son dərəcə ağır maddi böhran keçirən təhçizatçılar yaxında Amal Qrupun ofisinin yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Избранный
30
5
yenilik.az

6Источники