RU

Krım müdafiəçilərinin qəhrəmanlıq hekayəsi - 13 min nəfərdən yalnız 48-i sağ qaldı

II dünya müharibəsi zamanı Almaniyanın SSRİ-yə hücumunun ilk illəri sovet xalqı üçün faciəli olub. SSRİ rəhbərliyinin səriştəsizliyi nəticəsində almanlar sürətlə irəliləyib. 1941-ci ilin payızında alman qoşunları Krımı, demək olar ki, tamamilə işğal ediblər.

Krım həmişə strateji əhəmiyyətli bölgə olub, ona görə də qırmızı ordu rəhbərliyi yarımadanın işğaldan azad edilməsinə keçidi ləngitməyib. 1941-ci ilin dekabrında Kerç-Feodosiya eniş əməliyyatı başlayıb və uğurlu olub. Qoşunlar sahildə möhkəmlənə biliblər. Bir ay ərzində bölmələr yarımadaya təxminən 100 kilometr irəliləməyi bacarıblar. Lakin yanvarın sonunda almanlar yenidən sovet qoşunlarına hücum edərək, Krımın böyük hissəsini geri alıblar. Feodosiya yenidən işğal edilub, lakin Kerç sovet ordusunun nəzarəti altında qalıb. Durğunluq may ayına qədər davam edib, mayda almanlar növbəti əməliyyata başlayıblar və mayın sonunda Kerç də işğal edilib.

kir-1.JPG

SSRİ komandanlığı qoşunların Kerç yarımadasından Taman yarımadasına çıxarılmasını əmr etsə də, dəniz piyadalarının arxa mühafizə bölmələri və bəzi digər hissələri nasistlərin təzyiqi altında geri çəkilə bilməyib. Almanlar tərəfindən ələ keçirilən yarımadada müxtəlif millətlərdən olan təxminən 13 min sovet əsgəri müdafiə olunmağa məcbur olub. Bundan əlavə, onları almanların repressiyasından qorxan, demək olar ki, eyni sayda mülki şəxs müşayiət edib. Onların yeganə sığınacaqları şəhərin yaxınlığında yerləşən Acı Muşkay katakombaları olub.

Katakombaların dərinliyi və uzunluğu etibarlı mühafizə və partizan müharibəsi üçün imkan verirdi. Məsələn, vətəndaş müharibəsi zamanı burada partizanların bazası olub. Lakin sığınacaqda əsas problem su çatışmazlığı olub. Sağ qalanlar əsgərlərin bir litr suyu bir litr qana dəyişdiyini bildiriblər. Dərin, qaranlıq və tanış olmayan katakombalara hücum etmək istəməyən nasistlər bütün quyuları cəsədlər və metal qırıntıları ilə doldurublar.

kir-2.JPG

Sonra hərbçilər birbaşa divarlardan su çıxarmağa başlayıb. Ərazinin geoloji şəraiti elədir ki, demək olar ki, bütün süxurlar su ilə doyubmuş. Bu, bir adamın saatda 0,4 litrə qədər su əldə etməsinə imkan verib. Ərazidəki nəmdən susuzluğu yatırmaq mümkün olub. Bu yolla əldə edilən su ehtiyatının yetərli olmadığı məlum olduqdan sonra hərbçilər quyu qazmağa başlayıblar. Bıçaqlar, kürəklər və digər alətlərdən istifadə edərək 16 metr əhəngdaşı qazmaq lazım gəlib.

İkinci problem qida ilə bağlı olub. Yeganə yemək müharibədən əvvəl burada saxlanılan şəkər idi. Əsgərlər və mülki vətəndaşlar yeməkləri bitdikdən sonra şərbət içir, quru şəkər yeyirdilər. Almanlar quyuları doldurmaqla yanaşı, katakombaların damına da davamlı olaraq bombalar atıblar. Ən məkrli planlardan biri tüstü bombalarından istifadə etmək olub. Tüstü səthdə zərərsiz olsa da, yerin altında havanı sıxışdırıb. Əsgərlərin və mülki şəxslərin əksəriyyəti ilk tüstü hücumunda həlak olub. Bundan sonra katakombada qaz sığınacağı tikilib və nəticədə hücumların effektivliyi nisbətən azalıb.

kir-3.JPG

Altı aydan sonra qarnizondan faktiki olaraq heç kim sağ qalmayıb. Bəziləri susuzluqdan, bəziləri yaralar və qaz hücumlarından, bəziləri isə qidalanma və şəkər pəhrizindən ölüb. Artıq oktyabrın sonunda əsgərlər düşmənə qarşı müqavimət göstərə bilməyib, sağ qalanlar əsir götürülüb, onlardan da yalnız 48-i sağ qalıb. SSRİ rəhbərliyinin səriştəsiz və plansız addımları 13 minə yaxın insanın ölümünə səbəb olub. Ölənlərin bir çoxunun cəsədi tapılmayıb. Yalnız katakombaların müdafiəçilərinin və nasistlərin silahsız qurbanlarının xatirəsinə həmin ərazidə abidə ucaldılıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Избранный
14
musavat.com

1Источники